VƏTƏNDAŞLARIN QƏBULU İLƏ ƏLAQƏDAR “ MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA ” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA EDİLMİŞ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR BARƏDƏ

M Ə L U M A T

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 2007-ci il tarixli Qanununun rayon (şəhər) məhkəməsi sədrinin səlahiyyətlərini təsbit edən 23-cü maddəsinə 28 dekabr 2004-cü il tarixdə edilmiş dəyişikliyə əsasən məhkəmə sədrinin səlahiyyətləri dairəsindən vətəndaşları qəbul etməsinə dair hissə çıxarılmışdır.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 88-ci maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə aparatları, məhkəmələrdə şəxslərin qəbulunu həyata keçirirlər. Məhkəmə icraatınının təşkilati məsələləri ilə bağlı qəbul müvafiq hakimin məhkəmə katibi tərəfindən həyata keçirilir.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 99-cu maddəsinin 3-cü hissəsinə əsasən, hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.
Bununla əlaqədar məhkəmənin sədri Süleymanov Elxan Xasay oğlunun icraatında olan işlər üzrə təşkilati məsələlərlə bağlı qəbul məhkəmə katibi Ocaqverdiyev Tahir Bayram oğlu, məhkəmənin hakimi Babayev Elxan Cəmaləddin oğlunun icraatında olan işlər üzrə təşkilati məsələlərlə bağlı qəbul məhkəmə katibi Quliyev Kamil Hikmət oğlu tərəfindən həyata keçirilir.
Digər şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərinə baxılması məhkəmənin böyük mələhətçisi Məmmədov Samir Tofiq oğlu tərəfindən, hər iş günü saat 09-00-dan saat 18-00-a dək həyata keçirlir.
 
               Azərbaycan Respublikasi Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş  “2008-2015-ci illərdə Azərbaycan Respublikasinda yoxsullğun azaldılmasi və davamlı inkişaf Dövlət Proqramının” məhkəmə və hüquq islahatları üzrə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə Hüquqi məsləhət xidmətləri mərkəzləri yaradılmışdır.
              Mərkəzin vəzifəsi aztəminatlı ailələrə pulsuz hüquqi məsləhət xidmətlərinin göstərməkdən və yoxsul əhalinin hüquqi maariflənməsinin gücləndirilməsindən ibarətdir. Bu məqsədlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay Regional (Göyçay, Ağdaş, Ucar, Zərdab) hüquqi məsləhət xidməti mərkəzi yaradılmışdır.Mərkəz Göyçay rayon Məhkəməsinin binasının 1-ci mərtəbəsində fəaliyyət göstərir.Mərkəz aztəminatlı ailələrə pulsuz hüquqi yardım etməklə müraciət edənlərin qəbulunu həftənin 5 (beş) iş günü ərzində saat 9.00-dan 18.00-dək təşkil edir.