Göyçay

Ərazisi - 736 km2
Əhalisinin sayı - 99300
İnzibati mərkəzi - Göyçay

 

 

Qəsəbələr / Kəndlər

Potu, Ulaşlı-şıxlı, Hünkütlü, Kurd, Yeniarx, Hacağabəyli, Xəlitli, Müskürlü, Qəbələ-Müskürlü, Mallı-Şıxh, Ərəbşahverdi, Şəhadət, Qarabağlar, Mirzəhüseynli, Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli, Çərəkə, Cəyirli, Qubadlı-Şıxlı, Kürdəmiş,Turkman, Qızılağac, Şəkili, Mollahacılı, Məlikkənd, Şıxbəy, Şıxmir, Kürşaban, Yenikənd, Çaxırlı, Ləkçılpaq, Qaraman, Yalman, Mırtı, Ahkənd, Qaraxıdır, Şəkər, Veysəlli, Alpout, Bəydövül, İnçə, Aşağı Qaraməryam, Dövranh, Alxasova, Şahsoltanlı, Yekəxana, Qaraməryəm, Qarayazı, Bığır, Qarabaqqal, Çayırlı,

 

 

 

 

Ona həm də çinarlar şəhəri deyirlər. Bu yerin insanları da uca çinarlar kimi məğrur və qürurludurlar. Azərbaycanlı obrazında mütləq bir nar çaları var. Bəlkə də dünyaınn ən göyçək, ən şirəli, ən işıqlı narı Göyçayda bitir. Göyçay Rəsul Rzanın, Əli Kərimin körpəlik və gənclik illərinin hərarətini öz qoynunda hifz edir. Göyçaylılar sənəti, sənətkarı candan artıq sevirlər.

 

 

Yolu hamar Göyçayım,
Qəlbi vüqar Göyçayım,
Köksü nar-nar Göyçayım,
Boyu çinar Göyçayım!

Coğrafi mövqeyi

Rayon Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşir. Rayon ərazisindən Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir. Rayonun tərkibinə 56 yaşayış məntəqəsi daxildir.

İqtisadi xarakteristikası

Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq, baramaçılıq və meyvəçilik təşkil edir.

 

Fotoqalereya