Göyçay rayon Məhkəməsi
      05 fevral 2009-cu il tarixdə Göyçay rayon məhkəməsində məhkəmənin sədri Elxan Süleymanovun sədrliyi, məhkəmənin hakimi Elxan Babayevin və aparat işçilərinin iştirakı ilə 2008-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilmişdir.
       Məhkəmənin sədri Elxan Süleymanov iclası açıq elan edərək keçən ilin yekunları barədə məlumat vermiş, işlərə vaxtında və keyfiyyətlə baxıldığını bildirmişdir.
       İclasda çıxış edən hakim Elxan Babayev ötən ilin yekunlarına nəzər salarkən işlərə kifayət qədər obyektiv və keyfiyyətlə baxıldığını qeyd etmişdir.
       Digər çıxış edən məhkəmənin böyük məsləhətcisi Samir Məmmədov çıxışında 2008-ci ilin yekunlarına dair Statistik hesabatın hazırlanaraq vaxtında Ədliyə Nazirliyinə təqdim edildiyini göstərmiş, eyni zamanda əvvəlki illərə nisbətən vətəndaşların məhkəmə orqanlarından etdikləri şikayətlərin azaldığını qeyd etdi.
      Məhkəmənin dəftərxana müdiri Mətanət Həsənova çıxış edərək 2008-ci il ərzində çıxarılmış qərarların vətəndaşlara vaxtında çatdırılması üçün lazımi tədbirlərin görüldüyünü, eyni zamanda keçən il məhkəmə binasında aparılmış əsaslı təmir işlərindən sonra yaradılmış yüksək şəraitin işin keyfiyyətinə də müsbət təsir etdiyini göstərdi.
       İclasa sədrlik edən Elxan Süleymanov iclası bağlı elan etməzdən əvvəl 2008-ci ilin müsbət yekunlarında xidməti olan işçilərə təşəkkürünü bildirdi.
 

      Ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar 2009-cu ilin fevral ayının 27-də dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün ixtisaslaşdırılmış kurslar keçirilmişdir. Göyçay rayon məhkəməsinin sədri Exan Süleymanov və məhəkəmənin hakimi Elxan Babayev 88 saylı Göyçay seçki dairəsində və 89 saylı Göyçay-Ağdaş seçki dairəsində keçirilən ixtisaslaşdırılmış kursda iştirak etmişlər. Məhkəmənin sədri Elxan Süleymanov “Azərbaycan Respublikası Konstitusiyası ilə verilən seçki hüquqlarının həyata keçirilməsi. Azərbaycan Respublikasının Seçki Məcəlləsi. Referendumla bağlı əsas anlayışlar və prinsiplər" mövzusunda, hakim Elxan Babayev isə "Seçki komissiyalarının müstəqilliyi və onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi. Seçki Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət" mövzusunda komissiyanın üzvləri qarşısında çıxış etmişlər. İştirakçılarının suallarına cavab verən məhkəmənin sədri Elxan Süleymanov Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi ilə təsbit edilən seçki hüquqlarının həyata keçirilməsi qaydası haqqında məlumat vermiş, referendum keçirilməsinə hazırlıq, keçirilmə qaydasını açıqlamışdır.